AZE

Müsahibə

Arxiv

Mariana Vasileva: Biz tamaşaçıları məyus edə bilməzdik

15 may, 2017

Belə çox insanın gimnastlarımızı dəstəkləməyə gəlməsi, mənim üçün böyük xoşbəktlikdir. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

"Hamıdan çox bizim qələbəmizi zaldakı azarkeşlər gözləyirdi. Mən Milli Gimnastika Arenasında belə çox insan görməkdan şad oldum. Azarkeşlər burada olmaları ilə bizim işimizə və uğurlarımıza sevgilərini və inamlarını göstərdilər. Biz onları məyus edə bilməzdik. Tamaşaçılara bədii gimnastikanı başa düşdüklərinə görə təşəkkür etmək istəyirəm. Onlar bütün gimnastlara dəstək olurdular və çətin elementləri reallaşdıran və səhv edən gimnastlara reaksiya verirdilər. Buna görə tamaşaçılar qarşısında baş əyirəm. Mən onları növbəti yarışlarda yenə gözləyirəm. Bizə tam dolmuş zal qarşısında çıxış etmək çox xoşdur", - baş məşqçi deyib.

Mariana Vasileva həmçinin 19 may tarixində Budapeştdə başlayan Avropa Çempionatından gözləntiləri ilə bölüşüb: "Bu gün yeniyetmələrdən ibarət qrup komandasının nümunəvi çıxışları oldu. Ümid edirik ki, onlar üç dəfə səhvsiz çıxış edə biləcəklər və fəxri kürsüyə qalxacaqlar. Onlar çox gənc və perspektivlidirlər. Onlar iki dəfə Dünya Kubokunda çıxış ediblər və hər iki yarışda bürünc medal qazanıblar. Çox ümid edirəm ki, Marina Durunda finala düşə biləcək, axı bu, zədədən sonra çox vacibdir. Jalə Piriyeva və Zöhrə Ağamirova tam qüvvə ilə və ilk 20 gimnastın arasına düşmək ümidi ilə uçacaqlar - bizim üçün vacibdir ki, Azərbaycan növbəti Avropa Çempionatına iki kvota qazana bilsin", - Vasileva bildirib.