AZE

Müsahibə

Arxiv

Olimpiya çempionu: Bakıdakı Dünya Kuboku Melburndakı yarışlardan çətindir

17 mart, 2017

Bakıda keçirilən Dünya Kuboku bu ilin fevral ayında Melburnda keçirilən yarışlardan daha çətindir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə macarıstanlı gimnast, Olimpiya çempionu Kristian Berke deyib.

Gimnast bildirib: "Bakıdakı yarışlar yüksək səviyyədə təşkil olunub. Gimnastlar üçün yaxşı şərait yaradılıb".

İdmançı daha sonra vurğulayıb ki, onun üçün bu günkü yarışlar podium məşqlərindən daha yaxşı keçib.

“Trend” İnformasiya Agentliyi, 17 mart 2017-ci il