AZE

Müsahibə

Arxiv

Azərbaycan gimnastı azarkeşləri milli komandanı dəstəkləməyə çağırıb

17 fevral, 2017

"Bütün azarkeşləri batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna gəlib bizi dəstəkləməyə çağırıram", bu sözləri Trend-ə azərbaycanlı gimnast Mixail Malkin deyib.

M.Malkin bildirib ki, o yarışlara uzun müddət və çox ciddi hazırlaşıb və Stavropolda təlim-məşqlərdə olub.

M.Malkin öz proqramını çətinləşdirdiyini deyib: “Əgər mən bütün kombinasiyaları stabil keçsəm, yüksək yerlər uğrunda mübarizə aparmaq olar. Bütün azarkeşləri bizə azarkeşlik etməyə, komandamıza inanmağa çağırıram. Ümumilikdə, mən əminəm ki, Bakıdakı Dünya Kuboku əla keçəcək”.

O qeyd edib ki, Dünya Kubokunun Bakı mərhələsindən sonra daha bir mərhələ keçiriləcək və Azərbaycan bu yarışda da iştirak edəcək: “Biz çalışacağıq ki, bu yarışda yaxşı iştirak edək. Sonra isə biz noyabrda Bolqarıstanda keçiriləcək dünya çempionatına hazırlaşacağıq”.

“Trend” İnformasiya Agentliyi, 17 fevral 2017-ci il