AZE

Müsahibə

Arxiv

Kişi gimnastlarımız Gümüş medal qazandı

14 may, 2017

IV İslam Həmrəyliyi Oyunlarında təmsil olunan gimnastikanın daha bir növü üzrə yarışlarda medal qazanıldı.

Bu dəfə kişi idman gimnastlarımız – Murad Ağarzayev, Bence Talas və Timur Bayramov komanda hesabında yalnız Türkiyə yığmasından geri qalaraq,  161,700 xalla gümüş medal əldə etdilər.

Türk gimnastlar 163,450 xalla fəxri kürsünün 1-ci, İran təmsilçiləri isə 152,150 xalla 3-cü pilləsində qərar tutdular.

Bildirək ki, Murad Ağarzayev paralel qollardan başqa bütün alətlər üzrə, Timur və Bence isə sərbəst və dayaqlı tullanma hərəkətləri istisna olmaqla digər 4 alət üzrə final mərhələsinə yüksəlib. Lakin, qaydalara əsasən hər ölkədən yalnız 2 gimnast finalda iştirak etmək hüququna malik olduğundan, ölkəmiz alətlər üzrə həll edici mərhələdə ən çox xalı toplamış  gimnastlarımızla təmsil olunacaq.