AZE

Müsahibə

Arxiv

Bədii gimnastlarımız Pesaroda

11 aprel, 2017

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası ötən həftə (7-9 aprel) Dünya Kubokunda iştirak etmək üçün İtaliyanın Pesaro şəhərinə yollanıblar.

31 ölkənin iştirak etdiyi turnirdə Azərbaycanı fərdi proqramda Jalə Piriyeva, qrup hərəkətləri komandasının tərkibində isə Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Zeynep Celep təmsil ediblər.

Qrup komandamız təsnifat mərhələsində hər iki kompozisiya ilə uğurlu çıxış nümayiş etdirərək, finala yüksəlməyi bacarıblar.

Lakin, qızlarımız həlledici mərhələdə 3 top – 2 ip ilə çıxışlarına görə hakimlərdən 17.050 xal alaraq medalın bir addımlığında dayanıblar. 5 ip ilə icra etdikləri kompozisiya isə onlara 6-cı yeri qazandırıb.