AZE

Müsahibə

Arxiv

Bu ilin son gimnastika yarışında qaliblər müəyyənləşdi

19 dekabr, 2016

16 və 17 dekabr tarixlərində Arenanın köməkçi zalında Kişi və Qadın İdman Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı, Açıq Bakı Birinciliyi və Akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı keçirilib.

İki gün davam edən yarışlarda idman gimnastları və akrobatlar medallar uğrunda gərgin mübarizə aparıblar.

16 dekabr tarixində kişi idman gimnastikası üzrə kiçiklər yaş kateqoriyasında Şamxal Əhmədov (55,450 xal), yeni başlayanlar kateqoriyasında Əli Xəlilov (57,400), qadın idman gimnastikası üzrə kiçiklər yaş kateqoriyasında isə Osekina Kristina (40,275 xal) 1-ci pilləyə qədər yüksələ bildilər.   

Yarışların ikinci günü isə kişi idman gimnastları arasında balacalar yaş kateqoriyasında Ramin Dəmirov (74,298 xal), gənclər arasında Sergey Onbış (73,430 xal), yeniyetmələr yaş kateqoriyasında Səməd Məmmədli (72,131) və böyüklər arasında Oleq Stepko (84,032 xal) fərqlənərək qalibiyyəti bayram etdilər. Qadın idman gimnastları arasında isə böyüklər yaş kateqoriyasında Marina Nekrasova (52,875 xal), gənclər kateqoriyasında Samirə Qəhrəmanova (40,250 xal) adlarını qaliblər sırasına yazdıra bildilər.

Hər iki gün maraqlı çıxışlar nümayiş etdirən akrobatlar da öz aralarında qalibləri  müəyyənləşdirdilər. Kişi cütlükləri arasında Turan Məmmədov-Nicat Süleymanlı (balacalar, 32,450 xal), Rüfət Əzizov-Süleyman Səfərov (uşaqlar, 44,500 xal), Murad Əkpərov-Seymur Cəfərov (böyüklər, 83,090 xal), qadın cütlükləri arasında Nurcan Quluzadə-Mehriban Salamova (uşaqlar, 48,800 xal), Aygün Əhmədova-Ayla Zakiryaeva (yeniyetmələr, 70,650 xal), qarışıq cütlüklər arasında Azad Həsənov-Məryəm Həsənzadə (balacalar, 35,100), Aylin Məmmədova-Sabir Ağayev (uşaqlar, 47,550), Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi (böyüklər, 81,780 xal), qadın qrupları arasında Lətifə Babayeva-Leyla Əsgərova-Leyla Atayeva (balacalar, 33,700 xal), Arzu Məlikzadə-Elvira Hüseynova-Mədinə Əsədli (uşaqlar, 47,800 xal), Leyla Bəşirova-Mənsumə Məmmədzadə-Nəzrin Fərmanova (yeniyetmələr, 77,400 xal) və kişi qrupu Əli Həmzəyev-Elmar Muradlı-Abasağa Abbasov-Fərid Şirinov (balacalar, 30,500 xal) fərqləndilər.

Yarışlar CBC Sport kanalı və Azərbaycan Gimnastika Federasiyasının rəsmi internet səhifəsində (www.agf.az) canlı yayım vasitəsilə nümayiş olunmuşdur.

Yarışların nəticələri haqqında daha ətraflı məlumatı http://www.agf.az/competitions/ səhifəsindən əldə edə bilərsiniz.