AZE

Qadın idman gimnastikası

Eyni zamanda həm incəsənət, həm də idman növü olan qadın idman gimnastikası Olimpiya Oyunlarının proqramına daxildir və özündə 4 gimnastika alətini birləşdirir: dayaqla tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər. Olimpiya Oyunlarında qadınlar 6 dəst medal uğrunda mübarizə aparır – komanda və fərdi hesabda, həmçinin ayrı-ayrı alətlərdə çıxışlara görə.

Dayaqla tullanma
Müxtəlif hündürlüklü qollar
Gimnastika tiri
Xalça üzərində sərbəst hərəkətlər
Kişilərdə olduğu kimi, əlavə dayağın (hərəkətin adı da burdan götürülüb) köməyi ilə sürətli qaçışla yerinə yetirilir. Alətin uzunluğu – 1.6 metr, eni – 0,35 metrdir. İdmançı 25 metrlik xüsusi cığırda qaçaraq ayaqları ilə körpücükdən - amortizasiya edən qurğudan itələnir, daha sonra əlləri ilə alətdə əlavə təkan verir. Yerinə yetirilən tullanışlar düz, salto, çevriliş ilə və s. ola bilər. Metallik özüldə bərkidilmiş oval formada olan taxta dirəklərdir. Müxtəlif hündürlüklü qollarda hərəkətlər, ilk növbədə, hər iki istiqamətdə yuxarı və aşağı dirəklərdə dövrələri, həmçinin müxtəlif texniki elementləri birləşdirir. Uzunluğu 5 metr, eni isə 0.1 metr olan, yerdən 1.25 m. hərəkətsiz şəkildə bərkidilmiş gimnastika alətidir. Hərəkətlər özündə ayaq üstə, oturaraq vəziyyətdə və ya uzanan halda dinamik elementlerin – tullanışlar, dönüşlər, qısa qaçışlar, salto, rəqs addımları və statik elementlərin – şpaqat, ayaq üstə , oturaq və uzanaq vəziyyətdə alətdə qaranquş elementlərinin vahid kompozisiyasını birləşdirir. İdmançılar tirin bütün uzunluğundan istifadə etməlidirlər. Hakimlər elastikliyi, tarazlıq hissini və gimnastların eleqantlığını qiymətləndirirlər. Kişilərdə olduğu kimi qadınlarda da ölçüsü 12x12 metr olan xüsusi gimnastika xalçasında yerinə yetirilir. Xalça ətrafında eni 1 metr olan “təhlükəsizlik sərhədi” keçir. Sərbəst hərəkətlər özündə ayrı-ayrı elementlərin (mayallaq aşmaq, salto, şpaqat, əllər üstə dayanma və s.) kombinasiyasını birləşdirir. Çıxış zamanı idmançılar maksimal dərəcədə xalçanın bütün sahəsini istifadə etməlidirlər. Proqramın və ayrılıqda elementlərin çətinliyi, həmçinin çıxışın təmizliyi və arxayınlığı qiymətləndirilir. Çıxışın qeyri-adiliyi və idmançının artistizmi də vacib amillərdəndir.
Qadın idman gimnastikası dünyada

Bu idman növünün tarixi kökləri 18-ci əsrin ortalarına qədər gedir; qrup yarışlarının əsasını qoymuş, qaydaları tədbiq etmiş ilk yaradıcılar arasında alman pedaqoq Fridrix Lüdviq Yanın adını (1778-1852) qeyd etmək olar. Maraqlıdır ki, 1903-cü ildə Antverpendə keçirilən idman gimnastikası üzrə ilk Dünya Çempionatında yalnız kişilərin iştirakı nəzərdə tutulmuşdur. Qadınlar isə öz gimnastik hərəkətlərini ilk dəfə olaraq 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya Oyunlarında nümayiş etdirmişdilər. Beynəlxalq Gimnastika Federasiyası 1934-cü ildə Budapeştdə qadınlar arasında ilk Dünya Çempionatını keçirdi. Bu idman növü üzrə Avropa Çempionatları isə 1957-ci ildən etibarən təşkil edilir.

Qadın idman gimnastikası Azərbaycanda

Azərbaycanda qadın idman gimnastikasının yaranması 2013-cü ilin sonlarına təsadüf edir və beynəlxalq arenada ilk dəfə ölkəni Anna Pavlova və Marina Nekrasova təmsil etmişdir. Moskvada baş tutan “Voronin Kuboku”nda gimnastlarımız mükafatçılar sırasına daxil olmuşdular. Bir ildən sonra isə Anna Pavlova Sloveniyada baş tutan Dünya Kubokunda qızıl medala sahib çıxmışdı. Məhz o, Bolqarıstanda keçirilən Avropa Çempionatında (dayaqla tullanma hərəkətlərində) gümüş medal qazanan ilk azərbaycanlı gimnast olmuşdur.

Hazırda, qadın idman gimnastikası inkişaf etməkdədir və bu idman növü üzrə yeni bölmələrin açılması, həmçinin kütləvi marağın olması federasiyanın düzgün yolda olduğunun göstəricisidir. 2014-cü ilin sonlarında isə Azərbaycan Gimnastika Federasiyası bu idman növü üzrə Bakı Çempionatı və Birinciliyini təşkil etmişdir. Qadın idman gimnastikası Avropa Oyunlarının proqramına daxil olunmuşdur. Qaydalara əsasən, gimnastlar 6 dəst medal uğrunda mübarizə aparır: komanda hesabı, şəxsi çoxnövçülük və ayrı-ayrı finallar – tir üzərində hərəkətlər, müxtəlif hündürlüklü qollarda hərəkətlər , dayaqla tullanma və sərbəst hərəkətlər.

Maraqlı faktlar
  • Mütləq Olimpiya çempionu idman gimnastikasında ən yüksək titul sayılır.
  • Bir çox görkəmli gimnastlar özlərinin texniki elementlərini fikirləşirlər, hansılar ki, sonradan onların adı ilə əbədiləşir: dəstəli at üzərində “Delasala dövrələri”, dirəklərdə “Diomidova fırlanqıcı” və s.
  • İdman gimnastikası üzrə Avropa Çempionatını müvafiq rəhbər orqanın yaranmasından çox əvvəl keçirilməyə başlayıblar.