AZE

Kişi idman gimnastikası

Kişi idman gimnastikası Olimpiya idman növüdür və 6 gimnastika alətində — xalça üzərində (sərbəst hərəkətlər), dəstəli at, halqalar, dayaqla tullanma, parralel qollar və turnikdə hərəkətlər yerinə yetirilir. Olimpiya Oyunlarında 8 dəst medal oynanılır – komanda və fərdi hesabda, həmçinin ayrı-ayrı alətlərdəki çıxışlara görə.

Fərdi çıxış
Dəstəli at üzərində hərəkətlər
Halqalarla hərəkətlər
Sərbəst hərəkətlər ölçüsü 12x12 metr olan xüsusi gimnastika xalçasında yerinə yetirilir. Xalça ətrafında eni 1 metr olan “təhlükəsizlik sərhədi” keçir. Sərbəst hərəkətlər özündə ayrı-ayrı elementlərin (mayallaq aşmaq, salto, şpaqat, əllər üstə dayanma və s.) kombinasiyasını birləşdirir. Çıxış zamanı idmançılar maksimal dərəcədə xalçanın bütün sahəsini istifadə etməlidirlər.

Proqramın çətinliyi və onun ayrı elementləri, həmçinin icranın səhvsiz olması və arxayınlığı qiymətləndirilir.
Dəstəli at üzərində hərəkətlər – ayaqlarla max hərəkətlərini icra etməyə imkan verən dəstəli alətdir.Gimnastika atı 1,05 metr hündürlükdə olur. Hərəkətlər max, fırlanma, həmçinin alətdə əllər üzərində dayanaraq, alətin bütün sahəsindən istifadə edilərək icra olunur. Halqalarla hərəkətlər – uzunluğu 2,55 m olan xüsusi troslara bərkidilmiş iki taxta halqada yerinə yetirilir.

Halqalarla hərəkətlər (yüksəliş, dövrə vurma və burulma) idmançının həm elastikliyini həm də fiziki gücünü göstərir. Hərəkətlərin çətinliyinə görə statik elementlər dinamik elementlərdən geri qalmır. İdmançı halqalarda ilkin vəziyyəti alarkən, dirəklərlə hərəkətlərdəki kimi, məşqçinin köməyindən istifadə edə bilər.
Dayaqla tullanma hərəkətləri
Parallel qollarda
Turnik üzərində hərəkətlər
Dayaqla tullanma hərəkətləri sürətli qaçışla əlavə təkanın (idman növünün adı burdan götürülüb) köməyi ilə yerinə yetirilir. Alətin uzunluğu – 1,6 metr, eni – 0,35 metrdir. İdmançı xüsusi cığırda sürət yığır, ayaqları ilə körpücükdən, amortizasiya edən qurğudan, itələnir, daha sonra əlləri ilə (kişilərdə yalnız bir əllə təkan verməyə icazə verilir) alətdən əlavə təkan verir. Yerinə yetirilən tullanışlar düz, salto, çevriliş ilə və s. ola bilər. Maraqlıdır ki, kişilərə yalnız bir cəhddə, qadınlara isə iki cəhddə çıxış imkanı verilir. Çıxışlardan sonra hər iki hərəkətə görə verilən xallar cəmlənir və orta məxrəc xalı sayılır. Tullanmanın hündürlüyü, uzaqlığı, çətinliyi (uzununa və eninə ox ətrafında dövriyyələrin sayı), hərəkətin düzgün icra edilməsi və enişin dəqiqliyi qiymətləndirilir. Parallel qollarda hərəkətlər özündə dinamik (fırlanma, max hərəkətləri və s.) və statik (üfüqi dayaq, əllər üzərində dayanma) elementləri birləşdirir. Gimnast alətin bütün uzunluğunu istifadə etməlidir, qolların altında və üstündə işləməlidir. Turnik üzərində hərəkətlər – diametri 27-28 mm, uzunluğu 2,5 metr olan hamarlanmış poladdan hazırlanan və 2,55 metr hündürlükdə iki dayaq vasitəsi ilə bərkidilmiş tirin üzərində yerinə yetirilir. Qaydalara uyğun olaraq, dirək ətrafında fırlanma hərəkəti edən zaman (ayrı-ayrı istiqamətlərə) idmançı bədəni ilə ona toxunmamalıdır. Çıxış zamanı gimnast müxtəlif tutmalar, bir növdən digərinə təmiz və dəqiq keçid bacarığını nümayiş etdirməlidir.
Dünyada kişi idman gimnastikası

Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit  (1763-1836) və Qutsmuts (1759-1839) qoymuşdular. Məhz onlar alətlərdə gimnastik hərəkətlərin metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini veriblər. 1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası yaradıldı. 1896-cı ildə isə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqramında gimnastika digər idman növləri arasında öz yerini tutdu. İdman gimnastikası üzrə ilk Dünya Çempionatı Beynəlxalq Gimnastika Federasiyasının əsasını qoyan belçikalı Nikola Kuperusun təşəbbüsü ilə 1903-cü ildə baş tutdu. 1903-1913-cü illər ərzində Dünya Çempionatı iki ildən bir, 1922-ci ildən isə Dünya Çempionatı dörd ildən bir keçirildi.

1977-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının konqresində Dünya Çempionatının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edildi. Hazırda Dünya Çempionatı yarışları, Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla, hər il keçirilir.

Azərbaycanda kişi idman gimnastikası

Azərbaycanda kişi idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başladı. İlk respublika çempionatı 1939-cu ildə Bakıda keçirilmişdir. Azərbaycanın ən tanınmış gimnastı Valeriy Belenkiy 14 yaşınad SSSR yığmasına dəvət edilmişdir. Azərbacanın mütləq çempionu və ölkə kubokunun sahibi olan Belenki SSRİ yığmasının heyətində 1989-cu ildə Dünya Çempionu adını qazanıb. O, SSRİ yığmasının tərkibində 1990-cı ildə Sietldə keçirilən Xoşməramlı Oyunlarda parallel qollarda və halqalarla hərəkətlərdə çempion, sərbəst hərəkətlərdə gümüş, dayaqla tullanmada isə bürünc mükafatın sahibi olub. 1991-ci ildə Dünya Kubokunu qazanan V.Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında MDB yığmasının tərkibində Olimpiya çempionu adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olub. 1995-ci ildə keçirilən Avropa Çempionatında bürünc mükafata sahib çıxıb, dəstəkli at üzərində hərəkətlərdə isə çempion adını qazanıb. Məhz, Belenki 2012-ci ildə Azərbaycanı Londonda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən Şakir Şıxəliyevin məşqçisi idi.

Bir sonrakı il millimizə iki istedadlı gimnast – Oleq Stepko və Petro Paxnyuk qoşuldular. Stepko birinci qələbəsini 2014-cü ildə Xorvatiyada keçirilən Dünya Kubokunda, parallel qollarda bürünc medal qazanmaqla əldə etmişdi. 2015-ci ildə Stepko Qətərdə keçirilən Dünya Kubokunda həmin alətdə ən yaxşı nəticəni göstərmişdi. Hazırda, Azərbaycanda idman gimnastlarının yeni nəsli böyüyür, Bakı və regionlarda bu idman növü üzrə bölmələr açılıb.

Kişi idman gimnastikası Avropa Oyunlarının proqramına daxil olunmuşdur. Qaydalara əsasən, gimnastlar 8 dəst medal – komanda hesabı, fərdi çoxnövçülük və ayrı-ayrı alətlərdə medal qazanmaq uğrunda mübarizə aparır.

Maraqlı faktlar
  • İlk Olimpiya Oyunlarında kişilər gimnastikanın bu növlərində çıxış edirdilər: turnik, dəstəli at, parallel qollar, dayaqla tullanma və kanata dırmanma. Sonradan alətlər dəyişməyə, texnika isə çətinləşməyə başladı.
  • Müasir gimnastikadan fərqli olaraq, qədim dövrlərdə idmançılar indiki hərəkətlərdən başqa, üzməyi, qaçmağı, at çapmağı və güləşməyi də bacarmalı idilər.
  • İdman gimnastikası üzrə ilk Olimpiya Çempionu adını 1900 ildə Güstav Sandra qazanmışdır.