AZE

Milli yarışlar mövsümünə Aerobika Gimnastikası üzrə yarışlarla start verilir

Milli yarışlar mövsümünə Aerobika Gimnastikası üzrə yarışlarla start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur.

35 gimnastın iştirakı ilə keçiriləcək yarışlar 1 oktyabr tarixində Heydər Əliyev adına İdman-Konsert  Kompleksində baş tutacaqdır.

Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” Klubunun nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar.

İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş)  və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

Yarışlar haqqında ətraflı məlumatı http://www.agf.az/competitions/ internet səhifəsindən əldə edə bilərsiniz.

Ünvan: Heydər Əliyev adına İdman-Konsert  Kompleksi,

Abbas Səhhət  küçəsi, 2

Tel.: +99412 493 3011