AZE

2016-CI İLİN DÜNYA KUBOKU FİNALI BAKIDA!

2016-CI İLİN FIG DÜNYA KUBOKU FİNALI BAKIDA!

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 26 gimnast və 9 qrup hərəkətləri  komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.  

Bu il  Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.  

Biletləri Milli Gimnastika Arenasının (MGA) kassası, eləcə də "Bazarstore" supermarketlər şəbəkəsindən (Xətai, “28 Mall”) əldə etmək olar. Biletlərin qiyməti 5-20 manat təşkil edir. Biletlər yarışların hər 3 gününə alındıqda, endirimlər təklif olunur. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.

Daha ətraflı məlumatı telefon vasitəsilə (+994 12/51 566-96-99), həmçinin AGF-nin rəsmi internet saytından (www.agf.az) əldə etmək olar.

Ulduz iştirakçılar:

Azərbaycan

Marina Durunda - İlk Avropa Oyunlarının gümüş medalçısı, Avropa Çempionatının bürünc mükafatçısı, Rio-2016 Olimpiya Oyunlarının iştirakçısı;

Jalə Piriyeva - Avropa Çempionatının gənclər arasında gümüş və bürünc medalçısı;

Qrup hərəkətləri komandası - Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep - Avropa Çempionatının gümüş medalçıları.

Digər ölkələr

Yana Kudryavtseva (Rusiya) - 13-qat Dünya Çempionu və 9-qat Avropa Çempionu;

Marqarita Mamun (Rusiya) – 7-qat Dünya Çempionu və 4-qat Avropa Çempionu;

Aleksandra Soldatova (Rusiya) – 2-qat Dünya Çempionu və Avropa Çempionu;

Neta Rivkin (İsrail) - Dünya Çempionatının bürünc medalçısı və Avropa Çempionatının gümüş medalçısı.

Qrup hərəkətləri komandaları

Rusiya – Olimpiya, Dünya və Avropa Çempionu;

Bolqarıstan - Dünya Çempionu və Avropa Çempionu;

İspaniya - Dünya Çempionu və Avropa Çempionatının gümüş medalçısı;

İsrail - Dünya Çempionatının gümüş medalçısı və Avropa Çempionu;

İtaliya – Dünya Çempionu və Avropa Çempionatının gümüş medalçısı;

Yaponiya – Dünya Çempionatının bürünc medalçısı.

FIG DÜNYA KUBOKUNUN RƏSMİ VİDEOSU

https://www.youtube.com/watch?v=1FGyTzgac6w