AZE

AEROBİKA GİMNASTİKASI ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ

AEROBİKA GİMNASTİKASI ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ

2015-ci ilin 11 dekabr tarixi aerobika gimnastikası üzrə 1-ci Azərbaycan Birinciliyinin keçirilməsi ilə yaddaşlarda qalacaq. Tamaşaçılar saat 12:00-da - artıq 6 gimnastika növü üzrə  yarışların adət etdiyimiz başlama vaxtında
Milli Gimnastika Arenasının köməkçi zalına toplaşacaqlar.

Birincilikdə “Ocaq Sport” klubunu təmsil edəcək, ümumilikdə 30-dan artıq gimnast iştirak edəcək. Turnir 6-8 yaşlı (yeni başlayanlar) kişi və qadın idmançıların fərdi proqramında, həmçinin qarışıq cütlük və üçlüklərin tərkibində yarışacaq gimnastlar arasında baş tutacaq. 9-11 yaşlı “uşaqlar” fərdi qadın proqramı üzrə çıxışlarını, o cümlədən üçlük və qrup daxilində icra olunan hərəkətləri nümayiş etdirəcəklər. Tamaşaçılar, həmçinin  12-14 yaşlı (yeniyetmələr) idmançıların fərdi çıxışlarının da şahidi olacaqlar.

Mükafatlandırma və bağlanış mərasimlərindən öncə isə gimnastika həvəskarlarını nümunəvi çıxışlar və ruhlandırıcı fləşmob gözləyir.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenasının köməkçi zalı

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası