AZE

Akrobatika Gimnastikası üzrə 22-ci Bakı Çempionatı və Birinciliyi

2015-ci ilin 4 və 5 sentyabr tarixlərində Akrobatika Gimnastikası üzrə 22-ci Bakı Çempionatı və Birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, “Neftçi” və Nizami rayonu İdman Məktəbini təmsil edən 36 gimnast iştirak edəcək.

 

Yarışlarda yeniyetmələr proqramı və yaş qrupları üzrə kişi, qadın və qarışıq cütlüklər, həmçinin qadın qrupları medallar uğrunda mübarizə aparacaq.

 

Yarışların vaxtı: 4 sentyabr - saat 15:00-da, 5 sentyabr - saat 11:00-da 

Yarışların məkanı: Bakı Gimnastika Məktəbi

Ünvan: Bakı şəh., Səbail ray-u, Üzeyir Hacıbəyli küç., 52

Keçid: “Sahil” mt/s

 

4 sentyabr

15:00-15:10              Hakimlərin təqdimatı

15:10-16:10              Balans hərəkətləri

16:10-16:30              Fasilə

16:30-17:30              Temp hərəkətləri

 

5 sentyabr

11:00-12:00              Qarışıq hərəkətlər

12:00-12:10              Fasilə

12:10-12:30              Mükafatlandırma mərasimi