AZE

Kişi və Qadın İdman Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı, Açıq Bakı Birinciliyi və Akrobatika Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı

 

Milli Gimnastika Arenası (MGA) bu ilin son gimnastika yarışına artıq hazırdır. Belə ki, 16 və 17 dekabr tarixlərində Arenanın köməkçi zalında Kişi və Qadın İdman Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı, Açıq Bakı Birinciliyi və Akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı baş tutacaq.

Yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar - 2008-2009, kiçiklər - 2006-2007, balacalar - 2003-2004, yeniyetmələr - 2001-2003, gənclər - 1999-2001, böyüklər - 1998-ci il təvəllüdlülər və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər 2009, uşaqlar 2007-2008, balacalar 2006, gənclər, böyüklər 2002-ci il  və daha böyüklər) çıxış edəcəklər.

Akrobatika gimnastikası üzrə turnirdə isə balacalar (2002-2010), uşaqlar (2000-2007), yeniyetmələr (1998-2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında yer almış kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər və qadın qrupları balans, temp və qarışıq hərəkətləri icra edəcəklər.

Yarışlarda ümumilikdə 115 gimnast Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

Turnirə biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və  "28 mall" filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 3 manatdır.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)

Telefon: (+994 12/51) 566-96-99 

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası