AZE

Rəhbərlik

Mehriban ƏliyevaMehriban ƏliyevaAGF-in prezidentiƏliyeva Mehriban Arif qızı Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.Daha ətraflı

Əliyeva Mehriban Arif qızı Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 

1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 

1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə artıq 2003 və 2004-cü il Dünya Kuboku mərhələlərinin və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESСO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. 

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb

2007, 2009 və 2014-cü illərdə Mehriban Əliyeva Bakıda keçirilən Avropa Çempionatlarının Yerli Təşkilat Komitələrinə rəhbərlik etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESСO-nun “Qızıl Motsart” medalı təqdim edilib.

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

2011-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Avroviziya-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi üçün Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı.  

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı təqdim edilib.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

2013-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə Bakıda “I Avropa Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalamışdır. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başçılıq edir.

2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.

2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub

2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunub.

2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Ailəlidir, iki qızı, bir oğlu, dörd nəvəsi var.

Altay HəsənovAltay HəsənovVitse-prezident1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.Daha ətraflı

1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub.

1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib.

Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.

1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləmişdir.

1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçmişdir.

1986-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olmuşdur.

1989-cu ildə “Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləmişdir.

1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidentidir.

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin Vitse-prezidenti vəzifəsini icra etmişdir. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının  üzvü olmuşdur.

2015-ci il 29 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, “Şöhrət” ordeni ilə təltif edilib.

Evlidir, bir qızı, iki nəvəsi var.

 
Qayıbov FəridQayıbov FəridBaş katibQayıbov Fərid Fazil oğlu 1979-cu il 24 aprel tarixində Bakı şəhərində anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin Təşkili və İdarəedilməsi fakültəsinə qəbul olub.Daha ətraflı

Qayıbov Fərid Fazil oğlu 1979-cu il 24 aprel tarixində Bakı şəhərində anadan olub. 

1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin Təşkili və İdarəedilməsi fakültəsinə qəbul olub. 

1999-cu ildə Biznesin İdarəedilməsi üzrə Bakalavr dərəcəsi alıb. 

Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsini 2001-ci ildə alıb. 

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Balaxanıneft” neft-qaz hasilatı idarəsinin anbarında işləyib. 

2001-2003-cü illərdə ARDNŞ-nin “Balaxanıneft” neft-qaz hasilatı idarəsinin planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb. 

2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının idman və logistika üzrə meneceri olub. 

Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və Dünya Çempionatının (2005) Təşkilat Komitəsinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursunun (2007-ci il) təşkilində fəal iştirak edib. 

2005-сi ildən 2006-cı ilə kimi Azərbaycan Gimnastika Federasiyasının Baş meneceri vəzifəsində çalışıb. 

2006-cı ildə Azərbaycan Gimnastika Federasiyasının növbəti hesabat-seçki konfransında Federasiyanın Baş katibi seçilib. 

2007, 2009 və 2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən üç Avropa Çempionatı üzrə Təşkilat Komitələrinin İcraçı Direktoru vəzifəsini daşıyıb. 

2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının 77-ci Kongressi və Baş Assambleyasında (Helsinki, Finlandiya, 17-19 oktyabr) həmin qurumun Şura üzvü seçilmişdir (2008-2012-ci Olimpiya dövrü üzrə). 

2010-cu il 25 dekabr tarixində Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir. 

2012-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının 79-cu Kongressi və Baş Assambleyasında (Kankun, Meksika, 25-27 oktyabr) yenidən həmin qurumun Şura üzvü seçilmişdir. 

2013 və 2014-cü illərdə Beynəlxalq Gimnastika Federasiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur. 

2013-cü ildə Milli Olimpiya Komitəsinə (MOK) üzv seçilmişdir. 

2013-cü ildə Portoroj şəhərində (Sloveniya, 6-7 dekabr) keçirilən Avropa 

Gimnastika İttifaqının 25-ci Konqressində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. 

2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) Pedaqoji Elmlər Namizədi elmi dərəcəsini alıb. 

2003-cü ildən bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikası üzrə, 2013-cü ildən isə qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə idman yarışlarının həm yerli, həm də beynəlxalq səviyyədə keçirilməsində böyük təcrübəyə malikdir. 

Avropa Gimnastika İttifaqı və Beynəlxalq Gimnastika Federasiyasının 

Konqresslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin 2008 və London 2012) nümayəndə heyətinin üzvü; müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətinin başçısı; 2014-cü ildən etibarən gimnastika növləri üzrə Avropa Çempionatlarında Apellyasiya Kollegiyasının Prezidenti (təyinata əsasən). 

Evlidir, iki oğlu var.